Home > Dr.Rəşad Muradov Haqqında
Özünüzün və ya ailə üzvlərinizin dişlə bağlı bir problemi olanda – ağrı, estetik narahatlıq, ya da sadəcə müayinə ehtiyacı – Dr. Rəşad Muradov ilə rahatlıqla əlaqə saxlaya bilərsiniz. Təcrübəli, dəqiq və işini sevən bir həkimdir. Həm müasir müalicə metodlarını tətbiq edir, həm də müdaxiləni yalnız həqiqətən lazım olanda edir.
Dr.Rəşad Muradov Haqqında
Dr. Rəşad Muradov ağız və diş sağlamlığının cərrahi və terapevtik müalicəsi sahəsində aparıcı mütəxəssislərdən biri, həmçinin bu sahədə elmi məqalə və materialların müəllifidir. O, həm praktiki təcrübəsi, həm də elmi fəaliyyəti ilə stomatologiya sahəsində tanınan bir peşəkardır.
Dr. Rəşad Muradov 2000–2006-cı illərdə Azərbaycan Tibb Universitetində Stomatologiya fakültəsində təhsil almışdır. O, təhsili dövründə və sonrakı illərdə müasir stomatologiya sahəsində davamlı inkişaf və təcrübəyə önəm vermiş, yerli və beynəlxalq elmi konfrans və təlimlərdə fəal iştirak etmişdir.
Dr. Rəşad Muradov bir sıra nüfuzlu peşəkar təşkilatların üzvüdür: Azərbaycan Odontologiya Dərnəyi (AOD), APDC (Azerbaijan Professional Dental Community), DoubleCheck Akademiyası və Odontos Akademiyasının lektoru kimi də tanınır. O, həmçinin müxtəlif elmi seminarlarda çıxış etmiş və stomatologiyada müasir yanaşmalarla bağlı təlimlər keçmişdir.
Tibbi fəaliyyətində əsas prinsipi pasiyentə fərdi yanaşma, dəqiq diaqnoz və effektiv müalicədir. Dr. Rəşad Muradov invaziv müdaxilələrə yalnız zəruri hallarda üstünlük verir və konservativ müalicə üsullarını mümkün qədər tətbiq etməyə çalışır. Əgər siz də sağlamlığınız üçün minimal invaziv, müasir və etibarlı yanaşma axtarırsınızsa, ilk konsultasiyaya yazılaraq stomatoloji problemlərinizə peşəkar həll tapın.İlk konsultasiya – pulsuz.Dr. Rəşad Muradov stomatologiya sahəsində texnoloji yeniliklərə də töhfə vermişdir. Onun breket sisteminə etdiyi texniki yenilik yeni bir patentlə rəsmiləşdirilmişdir. Bu breket sistemi daha yüksək komfort, estetik görünüş və effektiv nəticə təqdim edir. Bu uğur onun həm praktiki, həm də elmi fəaliyyətini təsdiqləyir.
Dr. Rəşadın peşəkar bacarıqları aşağıdakı mükafatlarla təsdiq olunmuşdur: